Bakıda BMT-nin Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib - FOTOLAR


12:21     24 İyun 2019 2019/06/6485074900_729768237442399_2305336997641715712_n_9368187744.jpg

BMT-in Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib


Femida.az xəbər verir ki, ​Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.




​Plenar sessiyanın ardından Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib.




Mükafatların təqdimetmə mərasimində BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər. 5 fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tayland, Kosta Rika, Koreya Respublikası, Avstriya, Çili olub.









Femida.az

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 445