Bakıda avtomobil 17 yaşlı oğlanı vuraraq öldürüb


12:31     24 İyun 2019 19_06_24_1561365097.jpg

Bakıda ölümlə nəticələn ağır qəza baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Sabunçu rayonu Bilgəh-Nardaran avtomobil yolunda baş verib.
Şəhər sakini Orxan Rəhimlinin idarə etdiyi "VAZ-014" markalı avtomobil piyada, 2002-ci il təvəllüdlü Murad Əliyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsində 263.2-ci (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 190