Məhkum gizlətdiyi silahı polisə təhvil verib


13:12     24 İyun 2019 polis.jpg

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.


Qurumdan Femida.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Abşeron rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 01 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 01 ədəd süngü bıçağı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 327