Siqaret oğurlamaqda şübhəli bilinən şəxslər tutulub


13:16     24 İyun 2019 hebs.jpg

Bakıda mağazadan oğurluq olub.

Femida.az -ın məlumatına görə, Nizami RPİ-nin 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki mağazaların birindən 700 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri F.İsmayılzadə və Ş.Sadıxov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 487