Səfər Mehdiyev Gəncədə vətəndaşları qəbul etdi
13:16 24 İyun 2019
İyunun 24-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Femida.az-a daxil olan məlumata görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin qəbulu Gəncə şəhərində keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Göygöl rayonunda, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul ediblər.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Femida.az
Oxunub: 409
Oxşar xəbərlər
- Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
- Səfərbərliyə çağırılmış vətəndaşların tərxisi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA