İmtahanda 7 tələbənin halı pisləşib - Lənkəranda


15:21     24 İyun 2019 tecili.jpg

Lənkəran rayonunda 7 tələbənin imtahanda halı pisləşib.



Hadisə Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası zamanı qeydə alınıb.

Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib.

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 494