İmtahanda 7 tələbənin halı pisləşib - Lənkəranda
15:21 24 İyun 2019
Lənkəran rayonunda 7 tələbənin imtahanda halı pisləşib.
Hadisə Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası zamanı qeydə alınıb.
Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib.
LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb".
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- II və III ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb, 18 nəfər imtahandan xaric olunub
- Bugünkü imtahanda 5 nəfər xaric olunub
- Bugünkü imtahanda 3 nəfərdə telefon aşkarlandı, nəzarətçi imtahandan xaric olundu
- Mobil telefona görə imtahandan xaric edildi
- Dövlət qulluğuna imtahanda qadınlar daha yüksək nəticə göstərib
- İmtahanda mobil telefon aşkarlanan 1 nəfər imtahandan xaric edilib
- Emin Əmrullayev: "İmtahandan kənar işə qəbul cəhdləri olur"
- AQTA imtahandakı zəhərlənmə ilə bağlı araşdırma aparır
- Bugünkü imtahandan bir nəfər xaric olundu
- Ötən il abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4 faizi “3” qiymət alıb