"Biz onların hamısını ASAN Xidmətdə bir yerə yığmışıq" - Vüsal Hüseynov


15:23     24 İyun 2019 2019/06/vusal-huseynov1_1561376130.jpg

"2001-ci ildən bu yana yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azaldılıb".


Femida.az-ın məlumatına görə bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bakıda keçirilən BMT dövlət xidmətləri forumunda çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan beynəlxalq inkişaf təşəbbüslərinin fəal üzvüdür:

"Mənim təmsil etdiyim DMX-də bir pəncərə sistemi açılıb və ASAN Xidmətdə göstərilən xidmətlər sırasına inteqrasiya olunub. Bütün əcnəbilər bizim xidmətlərimizdən asanlıqla istifadə edə bilir. Hesab edirik ki, bu addım digər dövlət qurumları ilə kommunikasiya üçün öz töhvəsini verir və verəcək. Hazırda gələcək dövrlər üçün qəbul edilmiş bir sıra sənədlər var. Prosesin yaxından monitorinq edilməsi və Azərbaycan üçün hansı müsbət tərəfləri özündə ehtiva etdiyini ekspertlər qiymətləndirməlidir.

ASAN Xidmətə gedəndə orada vətəndaşlar üçün yaradılmış şəraitdən həzz alırıq. Çünki bu xidmət insanların gözləntilərini qarşılamağa çalışır. Bu prosesi uğurlu edən siyasi istək və qərardır. Hazırda bütün proseslər öz axarında gedir.

Biz ayrı-ayrı qurumlara baxsaq, onların öz korporativ maraqları var. Lakin biz onların hamısını ASAN Xidmətdə bir yerə yığmışıq. Burada beynəlxalq təşkilatlarla partnyorluq da şərtdir.

Bizim üçün maraqlıdır ki , forumun sonunda sizdə ASAN Xidmət haqqında tam fikir formalaşdıqdan sonra hansı müsbət hansı mənfi tərəflər olduğunu bizə deyəcəksiz. Bu sahədə yeni inkişaflar olacağını gözləyirik. Ümid edirəm , Azərbaycanın təcrübəsi də sizə öz töhvəsini verəcək".

"Elektron hökumət haqqında da biz unutmamalıyıq. Rəqəmsallaşma bizim üçün keçid mərhələlərindən biridir. Çünki burada bütün qurumlar eyni missiyaya malik olmalı, eyni məqsədə xidmət etməlidir. Əlbəttə ki, bunlar informasiya texnologiyaları infrastrukturunun qurulması və vaxt tələb edir" - deyə Vüsal Hüseynov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 574