Türkiyədə 32 hərbçi saxlanıldı


15:35     24 İyun 2019 hebs.jpg

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 32 hərbçi saxlanılıb.

Femida.az xəbər verir ki, saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Açar sözlər:

Oxunub: 179