Şəkidə yanğın başlayıb


15:44     24 İyun 2019 19_06_24_1561376732.jpg

Şəkidə güclü yanğın başlayıb.

Femida.az -ın məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Aydınbulaq kənd inzibati ərazisində, kəndin şərq hissəsindəki taxıl sahələrində qeydə alınıb. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, küləkli hava yanğının söndürülməsini çətinləşdirib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki, Oğuz və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və şəxsi heyət cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Açar sözlər:

Oxunub: 577