Avropa Məhkəməsi bu il mövqeyini açıqlayacaq - Azərbaycanlı girovlarla bağlı


15:39     24 İyun 2019 dilqem%20ve%20sa.jpg

"Avropa məhkəməsində Azərbaycanla bağlı ciddi sayılacaq hər hansı məsələ yoxdur".



Femida.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsində Azərbaycanla bağlı şikayətlər əsasən şəxsi heyətə hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir:

"Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq".

"Çıraqovlarla bağlı qərar artıq qəbul edilib və Nazirlər komitəsinin iclasında bir dəfə baxılıb. Növbəti dəfə bu ilin dekabrında məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir" - deyə Ç.Əsgərov bildirib.



Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 533