Nazir: “Azərbaycanda fərdi məlumatların qorunması hökumətin diqqət mərkəzindədir”


16:06     24 İyun 2019 ramin-quluzade_251115.jpg

"Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında konvensiyasına qoşulub və öz kibertəhlükəzizlik strategiyasını hazırlayır".



Femida.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, Azərbaycan 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı konvensiyaya qoşulub:

"Bu məsələ ilə bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə müvafiq dəyişikliklər edilib. Eyni zamanda biz bu il iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqı kibertəhlükəsizlik aktını yaxından izləyirik. Hazırda hökumət tərəfindən "Azərbaycan Kibertəhlükəsizlik strategiyası"nın qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 490