Samuxda aviobomba aşkar edilib


16:21     24 İyun 2019 2019/06/ae4436b7-4ea6-4f67-929c-08b93ad8c4d4_1561378958.jpg

Samux rayonunda aviobomba aşkar edilib.



Bu barədə Femida.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyindən Agentliyə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviobomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 320