Nazirlik: Saytalara haker hücumu olmayıb

Nazirlik: Saytalara haker hücumu olmayıb


16:38     24 İyun 2019 2019/06/35fdbaf9-4cfe-4d40-b3ec-ad5e7f757729_1561379976.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova Femida.az- a bildirib ki, həmin saytlara haker hücumu olmayıb.

"Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib", - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 177