Erməni boksçunu məğlub edən Rüfət: Qələbəmi atama həsr edirəm

Erməni boksçunu məğlub edən Rüfət: Qələbəmi atama həsr edirəm


18:02     24 İyun 2019 19_06_24_1561380711.jpg

İlk görüşüm erməni əsilli İsrail boksçusu ilə oldu. Bir az çətin görüş keçdi. Çünki o, mənim çəki dərəcəmdə ən güclülərdən biridir. Bir az gərgin keçsə də, şükür Allaha, 3:0 hesabı ilə qalib gəldim.

Femida.az xəbər verir ki, bu sözləri boksçumuz Rüfət Hüseynov (-49 kq) deyib.

O, dünən II Avropa Oyunlarında İsraili təmsil edən erməni David Alaverdyanı məğlub edərək 1/4 finala adlayıb. İdmançımız qələbəsini atasına həsr etdiyini bildirib:

“Bundan sonrakı qələbələrimi şəxsi məşqçim olan atama həsr edirəm. Avropa Oyunlarına baxan, bizi izləyən böyük xalqımız var. Hər kəs bizdən səbirsizliklə qızıl medal gözləyir. Hamısı çox sağ olsunlar ki, uzaqdan olsa da, bizi izləyir, bizə dəstək olurlar. Ümidvaram ki, içində mən də olmaqla, Azərbaycan idmançıları buradan qızıl medal aparacaqlar”.

Açar sözlər:

Oxunub: 241