Ana övladı ilə birgə intihar etmək istədi - Xilas edildi


16:59     24 İyun 2019 19_06_24_1561381190.jpg

Nizami rayonunda ana övladı ilə birgə intihara cəhd edib.
Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyib.


Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər.

Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 327