Aliment ödəməyən kişi müəllim dərs zamanı həbs edildi - VİDEO
17:13 24 İyun 2019
Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Femida.az xəbər verir ki, bu barədə Space TV-də yayımlanan "Olar-olmaz" verlişində məlumat verilib. Araz adlı rəsm müəllimi 3 uşağına alimenti ödəmədiyi üçün dərs dediyi məktəbdən şagirdlərin gözü qarşısından polis bölməsinə aparılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan müəllimə 10 sutka həbs cəzası verilib.
Müəllim iddia edib ki, həyat yoldaşı ona məxsus evi və avtomobili anasının adına keçirdikdən sonra aralarında mübahisə yaşanıb. Bundan sonra yoldaşı onu məhkəməyə verərək bir uşaq üçün 500 manat aliment tələb edib.Məhkəmə qadının tələbini təmin edib. müəllim hər ay 1500 manat alimenti ödəməlidir. Onun sözlərinə görə, bu aliment olduqca çoxdur. Bu səbəbdən də ödəyə bilmir. Daha ətraflı videonu təqdim edirik:
Oxunub: 1962
Oxşar xəbərlər
- Aliment borcuna görə axtarışa verilən şəxslərin sayı açıqlanıb
- Aliment ödəməyən ata həbs olundu - VİDEO
- Alimenti ödəyə bilməyən 38 kişi barəsində cinayət işi başlanılıb
- Aliment və icra borclarını ödəmək "ASAN"laşdı
- Aliment verməyən kişilərlə bağlı YENİ TƏKLİF
- Aliment hansı hallarda tutulur? - ŞƏRH
- Aliment borcunu ödəyə bilməyən kişi özünü öldürdü - Sumqayıtda DƏHŞƏT
- Aliment ödəməməyin cəzası - HÜQUQİ ŞƏRH
- Alimentə görə qayınatasını qətlə yetirən şəxsə 18 il həbs cəzası
- Alimentin miqdarı artırıldı