Prezident Sloveniyanın dövlət başçısını təbrik edib


18:22     24 İyun 2019 prezident1_1500905288.jpg


Prezident İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

Femida.az bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və rifah arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 248