Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
18:43 24 İyun 2019
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
BDU-nun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışan rektor Elçin Babayev uzun müddətdir ki, universitetin Hüquq fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik edən Ramil Usubova təşəkkür edib və Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb.
R.Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib. Bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib.
Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə, 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər “əla”, 4 nəfər isə “çox yaxşı” qiymətlərinə layiq görülüblər.
R.Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- “İşlər Mövlamın vasitəsilə Qaralov və Usubova məruzə olunurdu” - Şöbə rəisi faktlar AÇIQLAYIR
- Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”
- Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atır"
- Şəhid Orxan Yusubovla Gəncədə vida mərasimi keçirilir
- Ramil Usubov: "Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır"
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Rüstəm Usubov Tovuzda vətəndaş qəbulu keçirəcək
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Usubov Moskvada təhlükəsizlik katibləri ilə bir arada - FOTOLAR