Dollar yenə qalxdı


14:41     19 May 2015 dollar%20femida.jpg

Bu gün mayın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06% bahalaşaraq 1,0477 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0127 manat və ya 1,06% ucuzlaşaraq 1,1969 manat olub.

Açar sözlər:

Oxunub: 592