Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək


20:52     24 İyun 2019 kemaleddi%20haydarov.jpg

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də saat 11:00-dan Şəki şəhərində - Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şəki və Qax rayonları sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 26-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 9.00-dan başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən iyunun 27-də saat 11:00-dan Balakən şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Balakən rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də də Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

İyunun 27-də saat 11:00-dan Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Zaqatala rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də saat 09:00-dan Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 186