Bakıda qadının çantası əlindən alınıb

Bakıda qadının çantası əlindən alınıb


09:24     25 İyun 2019 19_06_25_1561440354.jpg

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Femida.az xəbər verir ki, rayonun Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Fərzəliyeva Mətanət Balaqardaş qızı naməlum şəxsin hücumuna məruz qalıb.

Qadının əlindəki çantasını alan şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Zərəçəkən M.Fərzəliyeva Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, çantasında 750 manat pul olub.

Polislər soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.

Açar sözlər:

Oxunub: 156