Quba sakinindən narkotik və silahlar götürülüb


10:13     25 İyun 2019 19_06_25_1561443254.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.



DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını bu ilin may ayında əkdiyini bildirib.


Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 352