Bakıda daha bir istirahət mərkəzi cərimələnib
11:08 25 İyun 2019

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir iyunun 24-də paytaxtın Xəzər rayonu ərazisində keçirilib. Reyd zamanı “Şans” istirahət mərkəzinin ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Qeyd olunan istirahət mərkəzinin icarədarı R.Rəşidov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxunub: 187
Oxşar xəbərlər
- Bakıda velosiped oğrusu saxlanıldı
- Bakıda 81 yaşlı qadının başından vurub pullarını apardılar
- Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
- Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
- Bakıda ağır cinayət: Ana və qızı evdə qətlə yetirildi
- Bakıda qəza törədən qadın sürücü gərginlik yaradıb (VİDEO)
- Bakıda sabiq məmuru sifarişlə güllələyən şəxslə bağlı qərar çıxarıldı
- Bakıda qadına qarşı iyrənc əməl - Polis iki şəxsi saxladı
- Bakıda ofisdən 40 min manat oğurlanıb
- Bakıda qısqanclıq zəmnində bıçaqlanma olub