Xalq artistinin evindən oğurluq edən xadiməyə hökm oxundu

Xalq artistinin evindən oğurluq edən xadiməyə hökm oxundu


11:31     25 İyun 2019 2019/06/1505551268_0001_1508239117_1561447995.jpg

Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə.Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Qeyd edək ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 232