İmtahan nəticələrinə görə atası danladı - 10 yaşlı uşaq özünü öldürdü


11:34     25 İyun 2019 19_06_25_1561447949.jpg


Türkiyədə 10 yaşlı məktəbli atası ilə mübahisə zəminində intihar edib.

Femida.az xəbər verir ki, ibtidai sinif imtahanı nəticələri pis olduğu üçün atası uşağı danlayıb. Nəticədə məktəbli özünü balkondan ataraq öldürüb.

Kocaeli şəhərində yaşanan hadisə zamanı uşaq özünü 3-cü mərtəbədən atıb.

Atası ilə mübahisə böyüdüyü üçün Yunus Batur adlı məktəbli əsəbiləşib və özünü balkondan atıb. 15 metr hündürlükdən beton yerə çırpılan Yunus ağır yaralanıb.

Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #imtahan   #intihar  

Oxunub: 1711