Meşədə narkotik yetişdirən şəxs saxlanıldı


11:44     25 İyun 2019 19_06_25_1561448705.jpg


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində meşə massivində ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb. Araşdırmalarla narkotik tərkibli bitkiləri yetişdirən şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Asim Qarayev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman 2 kq 900 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Femida.az

Açar sözlər: #polis   #Bərdə   #Beyləqan   #narkotik  

Oxunub: 544