Son 30 il ərzində Azərbaycanda orta temperatur 1.4 dəfə artıb


12:05     25 İyun 2019 19_06_25_1561450025.jpg


"Azərbaycanda dünən və bu gün çox isti olub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".


Femida.az Report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir ki, iyun ayında belə yüksək temperatur qeydə alınıb: "Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dəfə artıb. Hesab edirəm ki, bu çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahərinə təsiri çox yüksəkdir".

Femida.az

Açar sözlər: #Muxtar_Babayev  

Oxunub: 451