Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda - Fotolar
12:23 25 İyun 2019
İyunun 21-də Rusiyanın Kalininqrad şəhərində "Baltikyanı əməkdaşlıq təşəbbüsü" çərçivəsində vəkillik fəaliyyətinin VII Beynəlxalq Praktiki Konfransı keçirilib.
Femida.az xəbər verir ki, “Vəkillik peşəsinin müasir çağırışları və onların həlli yolları” mövzusuna həsr olunmuş konfransda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını Kollegiyanın sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadə təmsil edib.
Konfransda Rusiya Vəkillərinin Federal Palatasının prezidenti Y.Pilipenko açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonra Rusiyanın müxtəlif regionlarının vəkillər palatalarının, o cümlədən bir çox ölkələrin vəkillər kollegiyalarının sədrlərinin mövzu ilə bağlı çıxışları dinlənilib, tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.
Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər, ölkədə vəkillərin sayının artırılması üçün görülən işlər, o cümlədən, Vəkillər Kollegiyasının maliyyə müstəqilliyi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib. Onları maraqlandıran sualları cavablandırıb.
Femida.az
Oxunub: 2443
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər