Nazir: Xəzərin səviyyəsi 1,2 metr aşağı enib

Nazir: "Xəzərin səviyyəsi 1,2 metr aşağı enib"


12:27     25 İyun 2019 19_06_25_1561451281.jpg

"Son 10 ildə Xəzər dənizinin səviyyəsi 1,2 metr aşağı enib".

Femida.az -ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, dənizin səviyyəsinin aşağı enməsi nəticəsində yarana biləcək fəsadlar Xəzəryanı dövlətlər tərəfindən birgə aradan qaldırılmalıdır.

M. Babayev qeyd edib ki, Azərbaycanda 11 iqlim qurşağından 9-u müşahidə edilir, bunun isə üstünlükləri ilə bərabər, müəyyən fəsadları da var.

Açar sözlər:

Oxunub: 204