İnsan alverində təqsirləndirilən qadına şərti cəza verildi
12:11 25 İyun 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror S.Əmiraslanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən Əmiraslanova son sözündə əməlindən peşman olduğunu, övladlarını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edib.
Hakimlər kollegiyasının hökmünə əsasən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Qeyd edək ki, Səidə Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.
Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- İnsandan 8 kq ət qoparan silah - NSV Bakıdadır - VİDEO
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib
- İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? – Həkimdən cavab
- İnsan alveri ilə mübarizəyə dair illik məruzə qəbul edildi
- İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
- İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
- İnsanları "qaziyəm" deyərək aldadan şəxs saxlanıdı - VİDEO
- İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək
- İnsan alverinə qarşı mübarizəyə dair hesabat parlamentdə müzakirə olunub
- İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə çıxış edəcək