Azərbaycanda son 20 ilin ƏN DƏHŞƏTLİ İSTİLƏRİ - Nazirdən SOS


12:35     25 İyun 2019 isti9.jpg

"Azərbaycanda dünən və bu gün isti hava müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".



Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir ki, iyun ayında belə yüksək temperatur qeydə alınıb: "Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dərəcə artıb. Bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir".

Femida.az

Açar sözlər:

Oxunub: 544