Şirməmməd Hüseynov son mənzilə yola salınıb - FOTOLAR


12:58     25 İyun 2019 19_06_25_1561453200.jpg


Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mərhum professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. Mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov da iştirak ediblər.

Femida.az Azvision-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.



Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb.

Mərasimdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.



Qeyd edək ki, ötən gün 95 yaşında dünyasını dəyişən görkəmli alimin cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabanda aparılıb.







Femida.az

Açar sözlər: #Şirməmməd_Hüseynov  

Oxunub: 1410