"Ermənistan Azərbaycan torpaqlarını işğal edib demokratiyadan dəm vurur" - Səməd Seyidov


14:04     25 İyun 2019 2019/06/f5493e56-30f6-4a72-88e9-a47ffe0f1960_1561457119.jpg


"Dialoq, qarşılıqlı hörmət və anlaşma mühitində fəaliyyət göstərmək başlıca şərtdir".


Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda buna nail olunub: "Bu günlərdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir araya gələrək gələcək layihələrlə bağlı müzakirələr aparıblar. Fikrimcə, AŞPA-nın platformasında da müzakirələr bu formada getməlidir. Lakin biz burada təhlükəli çıxışlar, səhv məlumatlar, reallıqdan uzaq yanaşmaların şahidi oluruq. Ermənistandan olan həmkarlarımız ölkələrinin xaricə çıxışının olmaması, blokada vəziyyətində qalması baradə məlumatlar verərkən bunun səbəblərindən danışmadı. Halbukinin bunun əsas səbəbi Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunması, torpaqlarımızda etnik təmizləmə aparılmasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib demokratiyadan dəm vurur. Biz yalanlara son qoyub qarşılıqlı dialoq və anlaşma mühitində fəaliyyət göstərməliyik". / Report

Femida.az

Açar sözlər: #AŞPA  

Oxunub: 368