Ukraynanın deputatlar AŞPA iclasını tərk etdi - Rusiyaya görə
14:20 25 İyun 2019
Ukraynalı deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı iclas zalını tərk ediblər.
Buna səbəb qurumun yay sessiyası çərçivəsində iyunun 25-də qəbul edilən "AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsi" adlı qətnamədir.
Belçikalı deputat Petra De Sutterin hesabatı əsasında 118 nəfər lehinə, 62 nəfər əleyhinə və 10 nəfər bitərəf qalmaqla qəbul edilən sənəd AŞPA-ya ölkələri qurumdan çıxarmağa, yaxud fəaliyyətini müvəqqəti məhdudlaşdırmağa imkan vermir. Bu isə Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların aradan qaldırılması və nümayəndə heyətinin geri qayıtmasına yol açır.
Ukraynanın AŞPA-dakı nümayəndə heyəti də buna etiraz olaraq toplantını tərk edib və müzakirələrdə iştirak etməyəcəyini bildirib. Onların iyunun 26-da Avropa Şurası baş katibliyinə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Aryev öz "Facebook" səhifəsində yazmışdı ki, ölkəsi Rusiyanın bu qurumda səlahiyyətləri bərpa olunacağı təqdirdə, onun işində iştirakını sıfra endirə bilər.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Sergey Şoyqu: “Ukraynada 5 937 hərbçimiz ölüb”