Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib
14:37 25 İyun 2019
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Femida.az bildirir ki, bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.
Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib.
Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib.
Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb.
Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Üç il əvvəl Kürdəmirdə qətl törədən şəxs həbs edilib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib