Keçmiş məhkum olan qohumlar saxlanıldı - FOTO


14:59     25 İyun 2019 2019/06/64985_1561460434.jpg

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qırağlı kənd ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Səyavuş Əzizov və onun qaynı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofik Nağıyev saxlanılıb.



Femida.az-ın məlumatına görə, həmin əraziyə keçirilən baxış zamanı oradan xüsusi qaydada yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.






Femida.az

Açar sözlər:

Oxunub: 760