Nazir qəbul keçirib
17:10 25 İyun 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.
Qurumdan Femida.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyun ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Oğuz rayonunda, nazirin birinci müavini Əli Abdullayev Qəbələdə vətəndaşlarla görüşüb.
Nazirin qəbulunda Oğuz və Şəki rayonları, nazirin birinci müavininin qəbulunda Qəbələ sakinlərinin müraciətlərinə baxılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.
Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib