Bakıda fəhləni cərəyan vuraraq öldürdü


18:07     25 İyun 2019 19_06_25_1561468876.jpg


Bakıda fəhlə faciəli şəkildə ölüb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 477