Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş dövlət orqanlarının siyahısı təsdiqləndi
17:56 25 İyun 2019
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı” təsdiq edilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Əfv sərəncamının icrasına başlanılıb
- Azərbaycanda iki rayon məhkəməsi ləğv edilir - SƏRƏNCAM
- Prezident Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Prezident SƏRƏNCAM İMZALADI
- Prezident sərəncam imzaladı