Səfər Mehdiyev argentinalı səfirlə görüşüb


20:25     25 İyun 2019 2019/06/20-26-16-seferm_1561480088.jpg

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Femida.az xəbər verir ki, görüşdə Səfər Mehdiyev Azərbaycan gömrük xidməti haqqında qısa məlumat verib və son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına gömrük orqanlarında şəffaflığın təmin olunduğunu, yeni texnologiyalar və innovativ layihələr hesabına gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin dünyanın əksər ölkələrinin gömrük orqanları ilə səmərəli işgüzar münasibətlər qurduğunu bildirən Mehdiyev iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb və qarşılıqlı əlaqələrin gücləndiriləcəyinə əminliyini ifadə edib.

Serxio Osvaldo Perez Qunella səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərin, əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O da qeyd olunub ki, gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artmasına da şərait yaradacaq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 460