25 yaşlı qız Kür çayında batıb


21:54     25 İyun 2019 sudbogulma20160613.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 565