Tbilisidə mitinq davam edir


23:22     25 İyun 2019 gurcustan%20azerbaycanli.jpg

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinq davam edir.

Femida.az xəbər verir ki, mitinqdə Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili də çıxış edib.

Mitinqə toplaşanların çoxalması səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Mitinq zamanı kiçik insident də qeydə alınıb. Hadisənin əraziyə spirtli içki daxil etməyə çalışanlara icazə verilməməsi səbəbi ilə baş verdiyi bildirilib. Bundan başqa mitinq zamanı parlament binasının qarşısında bir neçə gündür aclıq aksiyası keçirən gənclərdən birinin halı pisləşib. Onun təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığı bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 704