6 nəfər liftdə köməksiz qaldı, 2-si azyaşlıdır


23:32     25 İyun 2019 lift9.jpg

Bakı şəhcərinin Yasamal və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 432