Fuad Abbasovdan Bakıda ilk AÇIQLAMA


09:11     26 İyun 2019 19_06_26_1561536903.jpg

Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasov bu gün axşam saatlarında Bakıya gəlib.


Femida.az xəbər verir ki, onu Heydər Əliyev adına aeroportda ailə üzvləri, yaxınları qarşılayıblar.

Bir müddət istirahət edəcəyini deyən F.Abbasov baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini bildirib:

"Mən bütün bu baş verənlərə görə mütləq məhkəməyə müraciət edəcəyəm. Fəaliyyətimi də daha fəal şəkildə davam etdirəcəyəm.

Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm. Yəni, bir az özümə gəldikdən sonra, ayrıca bir mətbuat konfransı keçirib, bütün suallarınıza cavab verəcəyəm.

Mən bütün bu baş verənlərə görə mütləq məhkəməyə müraciət edəcəyəm. Səhhətimdə heç bir problem yoxdur. Hər şey yaxşıdır, sadəcə 12 gün boyunca aclıq olub, qalan günləri çox rahat keçirdim. Fəaliyyətimi daha da fəal şəkildə davam etdirəcəyəm".

Femida.az

Açar sözlər:

Oxunub: 557