Türkiyədə qanunsuz mühacirləri daşıyan avtomobil qəzaya düşüb: 10 nəfər ölüb


10:26     26 İyun 2019 19_06_26_1561530472.jpg

Türkiyənin Ədirnə bölgəsində qanunsuz mühacirləri daşıyan avtomobilin qəza törətməsi nəticəsində azı 10 nəfər ölüb və 30 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil divara çarpılıb. Ədirnə valisi Əkrəm Canalp qəza yerinə gedib.

Hadisənin səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 541