Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb
10:39 26 İyun 2019
"Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir".
Femida.az-ın məlumatına görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur: “Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb - çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir. Ən sonuncu dəfə, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb".
"Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki, adətən, bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər. Hazırda isə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur", - deyə şöbə müdiri qeyd edib.
Femida.az
Oxunub: 555
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzər dənizində zəlzələ olub
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub