Oğurluq edən yeniyetmələr saxlanılıb


13:30     26 İyun 2019 cinayetkar%20usaq.jpg

Xətai rayonu ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Xətai RPİ-nin 35-ci, 36-cı Polis Bölmələri və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı və Qazax şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 433