Nəzir qutusundan 150 manat oğurlandı


14:15     26 İyun 2019 nezir%20qutusu2.jpg

Cəlilabadın Maşlıq kəndi ərazisindəki məscidin nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən N.Mahmudov saxlanılıb

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 376