Prezident Vəfa Zeynalovaya ev hədiyyə edib


15:48     26 İyun 2019 2019/06/F9E595DA-DF8C-4436-9C07-A4172AFB3C41_1561549940.jpeg

Prezident İlham Əliyev Əməkdar artist, Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

Femida.az xəbər verir ki, bu barədə Vəfa Zeynalova özünün “Facebook” səhifəsində məlumat yayıb:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına!

Möhtərəm Cənab Prezident.

Bu gün Azərbaycan silahlı qüvvələrin yaranmasından 101 il keçir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qaygi bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə Sizə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Dövlətimizi, Xalqımızı və Sizi qorusun!".


Femida.az

Açar sözlər:

Oxunub: 422